İran təyyarəsi Füzuli aeroportuna eniş edib

İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə reysi həyata keçirilib.
İran nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.
www.anews.az
İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə Füzuliyə eniş edib.
Füzulidə İranın nümayəndə heyətini Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.
İran nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























