AŞPA-ya yeni prezident seçildi

Tini Koks (Tiny Kox) 164 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
www.anews.az
69 yaşlı hollandiyalı deputat 2022-ci il ərzində qurumun prezidenti vəzifəsini icra edəcək.
O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.
Ukraynalı deputat Maria Mezentseva da bu vəzifəyə namizəd idi. Lakin o, yalnız 80 səs toplaya bilib.
AŞPA prezidentliyinə növbəti seçkilər 2023-ci ilin yanvarında baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























