• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident sərhədlə bağlı mühafizə skaneri ilə tanış olub

Prezident sərhədlə bağlı mühafizə skaneri ilə tanış olub
31.01.2022 10:33
 Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional "ASAN xidmət” Mərkəzinin açılışını edib.

 Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional "ASAN xidmət” Mərkəzini işə salıb.

Ülvi Mehdiyev: Cənab Prezident, Sizə innovasiyalarla bağlı yerli bir məhsul da təqdim etmək istəyirəm. Həyətdə quraşdırılıb, strateji obyektlər, dövlət sərhədi üçün lazım olan mühafizə skaneridir. Özünü elektrik enerjisi ilə Günəş paneli vasitəsilə qidalandırır, kamera və işığı var.
Prezident İlham Əliyev: Deməli, yaxınlaşdı, toxundu, dərhal...

Ülvi Mehdiyev: Dərhal həyəcan siqnalı və bu hansı blokda baş verdiyini göstərir.

Prezident İlham Əliyev: Orada sensorlar var?

Ülvi Mehdiyev: Bəli, sensorlar var. Deməli, bunu kəsə bilər, aralaya bilər, bloku zədələyə bilərlər. Dərhal siqnal verir. Hətta özü xarab olursa, sistemin özünə müdaxilə olursa, onda da özü çağırış verir ki, buraya müdaxilə olundu.

Növbəti innovativ yenilik – "ASAN kömək” vasitəsilə xarici ölkələrə səfər edən vətəndaşların köməyə ehtiyacı olarkən, eyni zamanda, təcili və təxliyə hallarında faydalana biləcəkləri mobil proqramdır.

"Smeta-Normativ və Qiymətqoyma” İnformasiya Sistemi vasitəsilə isə müxtəlif istiqamətlər üzrə məlumatların toplanması, təhlil edilməsi, digər əlaqəli dövlət informasiya sistemlərinə ötürülməsi və aidiyyəti qurumlar üçün hesabatlılığın təmin edilməsi mümkün olacaq.
Ülvi Mehdiyev: Cənab Prezident, bu rəqəmsal icra hakimiyyəti sistemi ilə biz həm fiziki olaraq icra hakimiyyətlərinin ASAN standartına uyğunluğunu təmin edirik, eyni zamanda, bu sistem vasitəsilə icra qurumlarının bütün xidmətlərini elektronlaşdırmışıq. Noyabr ayında istifadəyə vermişik, artıq 2437-dən çox istifadəçi yararlanıbdır.

Prezident İlham Əliyev: Burada sizdə var? Quraşdırılır?

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov: Bizim işçilər burada oturacaqlar, cənab Prezident. İcra hakimiyyətinin, Nizami, Kəpəz rayonlarının nümayəndələri burada olacaqlar.

Ülvi Mehdiyev: Pilot olaraq Gəncə, Quba və Masallıdan başlamışıq.

Prezident İlham Əliyev: Səmərəliliyi var?

Niyazi Bayramov: Olacaq, bəli.

Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır, Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir.

Qeyd edək ki, bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

"ASAN xidmət” konsepsiyasının mühüm tərkib hissələrindən biri könüllülərdir. İndiyədək prosesə 28 mindən çox könüllü gənc qoşulub. Onlar tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib. 2700-dən çox könüllü isə "ASAN kadr” portalı vasitəsilə işlə təmin olunub.

Yarandığı ilk gündən ASAN vətəndaş məmnunluğu əmsalına görə fərqlənib. İndiyədək mərkəzlərə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Vətəndaşların məmnunluq əmsalı isə 99,5 faizə bərabərdir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol