Nəriman Əliyev barəsindəki bütün iddialara cavab verdi

"ŞTUTQART” MMC-nin sahibi, sabiq deputat Nəriman Əliyev son günlər barəsində səsləndirilən iddiaları qərəzli və əssassız adlandırıb, bu barədə o Qafqazinfoya açıqlamasında bildirib.
"2021-ci il sentyabrın 7-dək olan dövr üçün "ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb. Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib. "ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla "Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsinlər. Bundan sonra "ŞTUTQART” MMC-nin işçilərinin böyük bir hissəsi onun qanunsuz fəaliyyətini dəstəkləməklə işə çıxmayıb, digərləri isə özlərinin əmək fəaliyyətlərini davam etdiriblər. Əfqan Abdullayevin himayə etdiyi və onun fəaliyyətinə kömək edən bir qrup işçi əmək vəzifələrindən imtina edərək onların məsuliyyətində olan mal-materialları təhvil vermədən iş yerlərini tərk edərək gediblər. Həmin gün məlum olub ki, Əfqan Abdullayev və onunla birlikdə gedən şəxslər "AVTODETAL” adı ilə yaradılan mağazalar şəbəkəsində fəaliyyətə başlayıblar. Şirkətində vəzifə tutan həmin şəxslər MMC-yə məxsus pulu mənimsəyiblər.""ŞTUTQART” MMC-də işləyən Abutalıb Ağayev, Seymur Sərxanov və digərləri birləşərək 1 035 751,21 manat məbləğində ehtiyat hissələrini qanunsuz yolla çıxararaq "AVTODETAL” adı ilə fəaliyyət göstərən mağazalara daşıyıblar. Bununla əlaqədər auditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır. Şirkətin yaxınlığındakı ağacların kəsilməsinə həmin zaman MMC-nin direktoru olan Əfqan Abdullayev göstəriş verib. Ağac kəsilməsi ilə bağlı məsələ şirkətdə autidor yoxlaması aparılarkən aşkar edilib. Həmin ərazi yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən anbar mənim mülkiyyətimdə olsa da, 25 oktyabr 2016-cı il tarixdə "ŞTUTQART” MMC-yə icarəyə verilib. Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb", deyə sabiq deputat bildirib.
"ŞTUTQART" MMC-nin sahibi olan Natiq Əliyev bir qrup işçinin qanunsuz olaraq işdən azad olunması haqda iddialara münasibət bildirib.

"Onların bir hissəsi 2021-ci il sentyabrın 7-dək öz ərizələri ilə işdən azad olunublar. Sentyabr ayınadək əmək fəaliyyətlərini dayandırıb və işdən xaric olunublar. Digər şəxslər isə Əfqan Abdullayevin göstərişi əsasında iş yerlərini tərk edərək onunla birlikdə ona məxsus mağazalarda işləyirlər. Bu şəxslər "ŞTUTQART” MMC-nin mağazalarında maddi məsul şəxs olmaqla öz əmək vəzifələrinin icrasını pozan və şirkətə maddi ziyan vuran işçilərdir. Aparılmış auditor yoxlama zamanı həmin maddi məsul şəxslərin öhdəsində olan xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənildiyinə dair faktlar aşkar edilib".
Sabiq deputat Nəriman Əliyev özünə məxsus "Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunur. N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırır. Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluqda araşdırma başlanılıb. Nəriman Əliyev həm də 64 işçinin maaşını ödəməməkdə ittiham edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib