• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb" - SƏFİRDƏN BƏYANAT

"Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb" - SƏFİRDƏN BƏYANAT
01.02.2022 12:16
Dağlıq Qarabağ münaqişəsi 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsindən sonra da həll olunmamış qalır, bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Lin Treysin bildirib. 
 
Ermənistan baş nazirinin müavini Hambardzum Matevosyan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə  27 yanvarda baş tutan görüşündə Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunu və missiyasını bir daha təsdiqləyib. Bu barədə Matevosyanın mətbuat xidməti məlumat yayıb.

İclasda Ermənistan hökumətinin bəyanatında bildirilib ki, Matevosyan ABŞ-ın Qarabağ nizamlanmasına vasitəçilik etmək üçün uzunmüddətli beynəlxalq səylərdə iştirakını yüksək qiymətləndirir.
 
"Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və bu proses ATƏT-in Minsk Qrupunun həmsədrliyinin himayəsi altında həyata keçirilməlidir”, - bəyanatda deyilir.
 
Matevosyanın, həmçinin, Birləşmiş Ştatların Ermənistana son 30 ildə daha firavan və demokratik cəmiyyətin möhkəmləndirilməsinə, xüsusən də korrupsiyaya qarşı mübarizəsinə, habelə məhkəmə və polis sahələrində islahatların aparılmasına kömək etmək üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.

Görüşün sonunda tərəflər Ermənistan-Amerika işgüzar əlaqələrinin möhkəmlənməsinə və ikitərəfli əlaqələrin inkişafına kömək etməyə hazır olduqlarını təsdiqləyiblər.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol