Ovçulara verilən lisenziyalara bu qurum nəzarət edəcək

Azərbaycanda ov ovlamaq üçün vətəndaşlara verilən lisenziyalara Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası nəzarət edəcək. Lisenziyalar özü isə ASAN Xidmətdə veriləcəkdir Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyn qorunması xidmətinin rəisi Firudun Əliyev Ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycanda xarici vətəndaşların ov ovlanması proseduru qanunla tənzimlənir. Hazırda lisenziyaları ASAN Xidmət verir. Lakin xoşagəlməz hallar baş verir.Ov olan yerdə bu hər zaman gözlənilən haldır. Xariciləri Azərbaycana ov ovlamaq üçün dəvət edənlər bəzən onlara vədlər verir və nəticədə qanun pozuntusu olduğu halda onları dəvət edən şirkətlər də cəzalandırılıb və cərimələnir. Ovun dərəcəsindən asılı olaraq hətta həmin xarici vətəndaşlara və dəvət edən şirkətlər qara siyahıya salınır ki, növbəti dəfə ov edə bilməsinlər", - deyə Əliyev bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























