İrəvan və Bakı dəmir yolu kommunikasiyalarını açmağa yaxındır

Ermənistan, Rusiya və Azərbaycan regional kommunikasiyaların açılmasında nəzərəçarpacaq nəticələrə yaxındır.
Anews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
"Rusiya baş nazirinin müavini Overçuk ilə dünənki görüş məzmunlu olub, Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun işə salınması müzakirə edilib”, - deyə Ermənistanın baş naziri bildirib.
Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı konkret razılaşmalar var, Ermənistanda tikinti üçün işçi qrup yaradılıb.
"Ölkəmiz ərazisində dəmir yolu Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. İndi texniki məsələlər, layihənin maliyyələşdirilməsi və işlərin başlanması aspektləri müzakirə olunur”, - Paşinyan əlavə edib.
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan xatırladıb ki, Ermənistan dəmir yolunun operatoru Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz dəmiryoludur, onunla ikitərəfli formatda işləmək lazım gələcək
www.anews.az

Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib