Belarus Rusiyadan yeni silahlar alacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 3-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
www.anews.az
"RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Ukrayna ətrafında cərəyan edən proseslər də müzakirə olunub.
A.Lukaşenko deyib ki, NATO və Ukraynanın fəaliyyəti fonunda Belarusla Rusiyanın birgə hərbi təlimləri vacibdir: "Buradakı (Belarusu nəzərdə tutur-red) bütün texnikanı (Rusiyanın Belarusa gətirdiyi hərbi texnika-red.) biz bu il və gələcək illərdə almağı planlaşdırırıq. Bu bizim üçün çox vacibdir”.
Fevralın 10-dan 20-dək Rusiya Belarusda hərbi aviasiya və "S-400” zenit-raket kompleksini iştirakı ilə "İttifaq qətiyyəti-2022” adı altında hərbi təlimlər keçirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























