• $
  • €
  • ₽
  • ₺
  • £

CHP millət vəkilinin irəli sürdüyü ittihamlara XİN-dən REAKSİYA

CHP millət vəkilinin irəli sürdüyü ittihamlara XİN-dən REAKSİYA
03.02.2022 17:37
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun ittihamedici açıqlamasını şərh edib.

 L.Abdullayeva Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı, habelə iki ölkənin dövlət başçısına qarşı irəli sürdüyü tamamilə əsassız ittihamlarla bağlı aşağıdakıları bildiririb:

"İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur.

Azərbaycan və Türkiyənin möhkəm işbirliyi, dostluğu və qardaşlığı əsasında, iki ölkə liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində reallaşan nəhəng və strateji Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

TANAP layihəsinin toplam investisiya məbləği 6.3 milyard ABŞ dollarıdır. Layihənin həyata keçirilməsi zamanı təmin edilən məşğulluq sayı pik vaxtlarda 15.000 nəfərə çatmış və investisiya məbləğinin böyük hissəsi yerli istehsalçılar hesabına təmin edilmişdir. Nəzərə alınmalıdır ki, TANAP layihəsi vasitəsilə Türkiyə sənayesinə və müvafiq sektorlara böyük əlavə dəyər təmin edilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, bu layihədə qəbul olunan tariflər bütün beynəlxalq standartlara tam cavab verir. Türkiyə tərəfi eyni zamanda layihədə BOTAŞ şirkəti vasitəsilə 30% ortaq olduğu üçün eyni miqdarda tranzit gəlirləri də qazanmaqdadır.

Istərdik ki, Türkiyə Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən təbii qaz idxal etməkdədir. Bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə olduğu və qaz çatışmazlığının artdığı zamanda TANAP layihəsinin mövcudluğu, Türkiyə üçün həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyinin davamlılığını təmin edir.

Türkiyənin ən iri müəssisələrindən olan "Petkim”ə gəldikdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Türkiyə Respublikasında olan törəmə şirkəti SOCAR Türkiyə 2008-ci ildə 2 milyard 40 milyon ABŞ dolları investisiya ilə tam açıq və şəffaf tenderin qalibi olmuşdur. Növbəti illərdə "Petkim”ə qoyulan əlavə investisiyaların ümumi məbləği 1.2 milyard dollara çatmışdır.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin çoxmilyardlıq investisiyası əsasında "STAR” Neft emalı zavodunun tikintisi və onun "Petkim” neft-kimya zavodu ilə inteqrasiyası nəticəsində Türkiyə Respublikası ərazisində əlavə 2 milyard ABŞ dolları dəyərində məhsulların istehsalına şərait yaradıb. Belə ki, Türkiyədə əvvəllər həmin məhsulların xaricidən alınmasına 2 milyard ABŞ dolları xərclənirdi.

Azərbaycan və Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq münasibətləri, ölkə rəhbərlərinin birgə səyləri nəticəsində yaradılan bu imkanlar bugünədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulmasına imkan yaratmışdır.

CHP millət vəkilinin Azərbaycan və Türkiyə liderlərinin guya ki, "qarışıq və qaranlıq əlaqələri” kimi təqdim etdiyi tamamilə əsassız ittihamları rədd edirik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə ucalıb, iki xalq arasındakı qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.

Əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, CHP nümayəndəsi anti-Azərbaycan mövqeyindən çıxış edərək, əsassız iddialarla aranı qarışdırmağa çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz.

Azərbaycan tərəfi CHP millət vəkili tərəfindən irəli sürülən əsassız ittihamlara görə üzrxahlıq gözləyir. Əks təqdirdə biz, məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özümüzdə saxlayırıq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol