Zakir Sultanovun Türkiyədə mülkləri üzə çıxdı - Siyahı

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2016-cı ildən Türkiyə vətəndaşlığını alıb.
Həmin əmlaklar 2010-2011-ci illərdə alınıb.
Onun İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazası var, həmin mağaza hazırda icarədədir.
İstanbul şəhəri, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzili isə artıq sökülüb. Eyni zamanda, İstanbul şəhəri, Şişli rayonu, Şişli küçəsində yerləşən mağazası da var, hazırda həyat yoldaşının yaxın qohumu tərəfindən şirniyyat evi kimi işlədilir.
Bundan başqa, İstanbul şəhəri, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağazası da olub, həmin mağaza isə təxminən iki il bundan qabaq onun tərəfindən satılıb.
İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazadan başqa qalan əmlaklar anası tərəfindən alınaraq ona bağışlanılıb.
Z.Sultanov 2016-cı ildə Türkiyədə "Akbank”dan 7 600 000 türk lirəsi kredit götürüb və hazırda həmin kredit ödənilməmiş qalır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























