• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Avropa İttifaqının komissarını qəbul etdi - YENİLƏNDİ

İlham Əliyev Avropa İttifaqının komissarını qəbul etdi - YENİLƏNDİ
04.02.2022 14:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakına və dəyərli çıxışına görə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsona təşəkkürünü bildirib.


Prezident İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirib. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını deyib.


Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin ikitərəfli və çoxtərəfli əsasda enerji sahəsində əməkdaşlıq üzrə yeni ideya və planların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.


Bu toplantının Cənub Qaz Dəhlizi xətti ilə qazın Avropa İttifaqına çatdırılmasından bir il sonrakı dövrə, həm Avropa İttifaqı, həm də Azərbaycanın yeni "yaşıl enerji” strategiyasına keçidi mərhələsinə və hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan tədbirdə aparılan müzakirələrin önəmini qeyd edib.


Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirib və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə edib.


Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini deyib və bu xüsusda Cənub Qaz Dəhlizinin önəmini vurğulayıb.


Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən "yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan alternativ və bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları cəlb edir.
 
 -------------
Fevralın 4-də Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol