Gürcüstan Xarici işlər nazirliyindən Gəncə qapıları ilə bağlı AÇIQLAMA

"Gəncə qapıları məsələsi Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb”.
Bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili deyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir:
"Gəncə qapılarına gəlincə, bu məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Buna müvafiq olaraq, məsələ iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın protokolunda da əks edilməyib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























