Abşeronda top mərmisi tapılıb

Abşeronda döyüş tətbiqinə yararlı top mərmisi tapılıb, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin "112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd 152 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Mərmi pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























