Ermənistan XİN erməni əsirlərin adlarını açıqlayıb

Ermənistan Xarici İşlər Nazirliyi erməni əsirlərin adlarını açıqlayıb.
Anews.az-ın məlumatına görə, bunlar Tarzyan Sarkis, Balayan Vardges, Petrosyan Armen, Babayan Artur, Sarkisyan Hmayak, Qaloyan Qurgen, Kyuregyan Qriqor, Maloyan Vaqarşakdır.
Məhbusların qaytarılması fevralın 4-də Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən videokonfransdan sonra həyata keçirilib.
Bundan əvvəl Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 8 məhbusun təhvil verildiyini açıqlayıb. Onların bəziləri 2021-ci il noyabrın 16-da baş verən qarşıdurmalar zamanı saxlanılan hərbçilərdir.
Azərbaycan dekabr ayında Macarıstanın köməyi ilə 5 erməni hərbçisini Ermənistana təhvil verib.
Toqquşmalar zamanı əsir götürülmüş daha 10 hərbi əsir dekabrın 19-da Ermənistan tərəfinə qaytarılıb.
www.anews.az

Bu, iki ölkə liderlərinin Brüssel görüşündən sonra baş verib. Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etmişdi ki, Azərbaycanda saxlanılan erməni məhbusların sayı müxtəlif hesablamalara görə, 70 nəfərə yaxındır.
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 130-a yaxın erməni hərbçisi əsirlikdədir.
Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib