Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşdə bildirib.
İqtisadiyyat naziri türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, qurumun VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr aparılıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























