Çavuşoğlu Yunanıstanı tənqid etdi

Yunanıstan beynəlxalq hüquqa zidd şəkildə və insan haqlarını pozaraq qaçqınları geri qaytarmaq siyasətini davam etdirir. On doqquz günahsız insanın soyuqdan donaraq ölməsinin günahkarı Yunanıstandır.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında ifadə edib.
Davamlı olaraq Aralıq dənizində Yunanıstan sahillərinə yanaşan qayıqlardakı qaçqınları geri qaytararaq ağır insan fəlakətlərinə səbəb olan Yunanıstan son vaxtlar bu cür hərəkətləri daha da sərtləşdirib. Analoji proses Yunanıstan ilə Türkiyənin quru sərhədində də müşahidə olunur. Bu hallarda təkcə Türkiyə deyil, bəzi Avropa ölkələri də etiraz ifadə edirlər. Yunanıstan-Türkiyə sərhədi həm də Avropa İttifaqının xarici sərhədidir. 2012-ci ildə Avropa miqrant böhranı səbəbi ilə quru sərhədinin çayla bölünmədiyi yerində yüksək sərhəd divarı tikib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib