• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib

Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
12.02.2022 14:00
Bu gün Xaçmazda "Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
 
Azərbaycanda "Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, "Rusiya İxrac Mərkəzi” SC (RİM), "Roseksimbank” SC, "Azərbaycan Dəmir Yolları” QSC, "RDY” ASC-nin dəstəyi ilə "Alliance Logistics” MMC və "RDY Logistika” SC tərəfindən həyata keçirilir.
 
"Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edən, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə "RDY Logistika” SC və "Rusiya İxrac Mərkəzi” SC-nin ixtisaslaşmış xidmətidir.
 
Azərbaycandan Rusiyaya "Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması oldu.
 
"Bu, "Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır və biz onun böyük potensiala malik olduğunu görürük. Layihənin bir çox üstünlüklərini nəzərə alaraq, bu sadəcə alternativ deyil, ən sərfəli marşrutlardan biri olacaq. Sözsüz ki, proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üzərində çalışacağıq və yaxın zamanda daşımaları müntəzəm olaraq həyata keçirməyi planlaşdırırıq. Həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi çərçivəsində yüklərin Rusiyaya daşınması üçün "Astara” stansiyasının "Aqroekspress” marşrutuna qoşulması üzərində işlər fəal şəkildə davam etdirilir. Ümumilikdə bu layihə ölkələrimizdə yalnız logistika və ticarət sahəsinin deyil, kənd təsərrüfatı müəssisələrinin də inkişafına töhfə verəcək”, - deyə "Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov qeyd edib.
 
"Aqroekspress” xidməti bir növ sinergetik modeldir. Bu model çərçivəsində biz biznes üçün maksimal dərəcədə effektiv alətin əldə olunması məqsədilə bir çox iştirakçıların fəaliyyətini optimallaşdırırıq. İlk növbədə, söhbət kiçik və orta biznesə aid olan aqrar-sənaye kompleksi müəssisələrindən gedir. Ekspertlərin fikrincə, bu gün "Şimal-Cənub" BND üzrə yük dövriyyəsi potensialı çox yüksək səviyyədədir və davam edən konteynerləşməni və bütün dəmir yolu şəbəkəsi üzrə yük dövriyyəsinin müsbət dinamikasını nəzərə alsaq, o, yalnız artacaq. Digər nəqliyyat növləri ilə müqayisədə aqrar məhsulların dəmiryolu daşımaları sərfəli, sürətli və rahatdır”, - deyə "RDY Logistika” SC-nin baş direktoru Dmitriy Murev qeyd edib.
 
"İxrac mallarının rəqabət qabiliyyəti böyük dərəcədə onların daşınması və paylanmasının effektiv sxemləri ilə təmin edilir. "Aqroekspress” layihəsi məhz bu məqsədə nail olur və Rusiya kənd təsərrüfatı məhsullarının xarici bazarlarda təşviqinə öz töhfəsini verir. Bundan əlavə, "Aqroekspress” müasir texnologiyalardan və optimallaşdırılmış nəzarət prosedurlarından istifadə etməklə yüksək keyfiyyətli logistika xidmətləri sayəsində ixrac tədarüklərinin həcmini artıracaq. Biz görürük ki, Azərbaycanda "Aqroekspress” artıq öz vəzifəsini yerinə yetirir və ixracatçılar arasında ona tələbat böyükdür. "Şimal-Cənub” marşrutları üzrə belə kompleks logistik xidmətlərin inkişafı yaxın gələcəkdə Rusiya istehsalçılarına Xəzər hövzəsi, Fars körfəzi və Cənubi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək”, - deyə "Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov qeyd edib.
 
 "Aqroekspress” layihəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri keçən ilin ikinci yarısında Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi, "Roseksimbank” SC-nin himayəsi ilə keçirilən iki işgüzar missiya çərçivəsində fəal şəkildə müzakirə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol