MN: "Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb" - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.
Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Yoxlamalar zamanı "Həyəcan" siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























