• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir Kərimli oyuncaqla görüntülərindən DANIŞDI - VİDEO

Tahir Kərimli oyuncaqla görüntülərindən DANIŞDI - VİDEO
17.02.2022 15:42
Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə müzakirəyə səbəb olan videosu haqqında açıqlama verib.

Baku TV-yə danışan Tahir Kərimli bildirib ki, sosial şəbəkələrdən ona yaxın adamlar videonu silib. 

"Amma artıq gec idi, yayılmışdı. Müəyyən saytlar və digərləri götürüb paylaşdılar. Mən istəməzdim. Düzünü deyim ki, telefonlara cavab vermirəm. 

Sovet dövründə, müstəqillik uğrunda mübarizədə, onillər içərisində bizim həyat tərzimiz belə olub ki, daim təqiblər, hədələr şəraitində yaşamışıq. İsmayıllıdakı həyətimdə evdə qadınlar olmağına baxmayaraq, iki nəfər atəş açmışdı. Heç onları tapa bilmədilər, uzun müddət izi də qaldı. Mən öyrəşmişəm bu cür hədələrə. Baxmayaraq ki, ondan əvvəl daha böyük hadisələr baş verib, amma deyirlər ki, bir damla olur stəkanı daşıran.
 
Mən istəmədim ki, ailəm, uşağım bilsin. Bu, sosial şəbəkələr, telefon vasitəsilə olur, dözürsən. 

Yaxşı ki, dünən oğlum məşqdən sonra icazə almışdı ki, dostumgildə qalacağam. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş "zapiska” qoyulub. Düşündüm ki, bu, su pulu, işıq pulu qəbzidir. Baxdım ki, burada kiril əlifbası ilə yazılıb ki, "səni udacaq əjdaha....” Adamın adı və Moskva ünvanı da yazılıb. 

Mən axırıncı dəfə Milli Məclisdə çıxış edəndə məcbur oldum cərimələrlə bağlı, yol hərəkəti qaydaları, qida təhlükəsizliyi, qaz və digər məsələlər haqqında çıxış etdim. Onsuz da mənim ailəm həmişə narahatlıq içində yaşamağa öyrəşib”. 

Deputat qeyd edib ki, insan bəzən həyatından bezir, ölüm istəyir:
"Ona görə mən təklikdə çıxış etdim. Amma sonradan bildilər. Evdə də narahat olurlar. Məni öldürməklə nə əldə edə biləcəksən? Televiziyadır, konkret deyə bilmərəm nə qədər belə misal var. Adam canından bezir, amma məni öldürməklə heç nə əldə olunmayacaq. Əqidə yolu ilə dövlətimin, millətimin gələcəyinə inandığımı dedim. Təbii ki, mən məlumat verdim müəyyən yerə ki, belə təhdid edirlər.
 
Ramiz Mehdiyevi tənqid etsəm, istefaya çağırsam da, etikanı pozmamışam. Mən ümumiyyətlə, onun tərəfdarı olmamışam ki, vəzifədə üzünə deyə bilmədiyimi çıxandan sonra səsləndirim. Ümumi vəziyyəti nəzərə alaraq çağırış etmişəm ki, belə daha yaxşı olar. Başqaları kimi aqressivlik nümayiş etdirməmişəm”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol