Tərtərdə mina partladı - 2 yaralı var

2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Modern.az-a verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Tərtər rayon prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























