• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri polisdən prokurorluğa şikayət verəcək

Hüquq müdafiəçiləri polisdən prokurorluğa şikayət verəcək
18.02.2022 15:57
 "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov və həmtəsisçi Zaur Əkbər polisin qanunsuz hərəkətindən Nərimanov rayon Prokurorluğuna şikaəy verəcək.

Rüfət Səfərov Turan-a bildirib ki, dünən, fevralın 17-də axşam saatlarında Nərimanov rayon Polis İdarəsində fiziki zorakılığa, təhdid və təhqirlərə məruz qalıblar.

"Hazırda Zaur Əkbərin səhhəti normal deyil. O, polisin fiziki zorakılığından sonra gecə ərzində kəskin ağrılardan əziyyət çəkib. İndi Zaur Əkbər həkim müayinəsindən keçir", deyə o qeyd edib.

Dünən axşam saatlarında hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Bakının Nərimanov rayon Polis İdarəsində saxlanılaraq fiziki təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Facebook platformasında yayılan canlı yayımda da hüquq müdafiəçilərinin güc tətbiq edilərək polis idarəsinə aparıldığı nümayiş olunub.
Buna səbəb hüquq müdafiəçilərinin fevralın 17-də yük avtomobilləri ilə Bakının əsas magistralı olan Heydər Əliyev prospektini bağlayan şirkət rəhbəri Rəmiş Cəfərovun saxlanılması barədə polis idarəsindən məlumat almaq istəyi olub.

Saxlanılan şəxsin atası Zəkran Cəfərovla birlikdə hüquq müdafiəçiləri polis idarəsinin qarşısına gəlib. Lakin polis hüquq müdafiəçilərini zorla polis idarəsinə aparıb.

Hüquq müdafiəçiləri polis idarəsində qəbul ediliblər. Onlar sərbəst buraxıldıqdan sonra bildiriblər ki, Zaur Əkbəri yerə yıxaraq təpiklə vurublar. Onları təhqir ediblər və hədələyiblər.

Saxlanılan şəxsin atası jurnalistlərə bildirib ki, günorta saatlarında mülki geyimli 15-ə yaxın şəxs onun evinə soxularaq oğlunu tutub aparıblar. Eyni zamanda, bütün ailə üzvləri, o cümlədən yaşlı valideynlər və azyaşlı uşaqlar fiziki zorakılığa məruz qalıblar.

"Mülki geyimlilər hasarın üstündən aşıb, damdan düşüb, sanki terrorçunu tuturdular. Onlar sənəd təqdim etmədi və heç nə izahat vermədi. Evimizdəki təhlükəsizlik kameralarının yaddaş kartını da oğurlayıblar. Sonra bizim qonşuların evlərindəki eyni kartları aparıblar. Bu, tam özbaşınalıq və qanunsuzluqdur", deyə həbs edilən sürücünün atası Zəkran Cəfərov bildirib.

Hüquq müdafiəçiləri Daxili İşlər naziri Vilayət Eyvazovdan təqsirkarların cəzalandırılmasını tələb ediblər. Onlar polisin hərəkətindən prokurorluğa şikayət edəcəklərini bildiriblər.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti belə bir hadisənin olmadığını bildirib. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol