AMEA-nın sabahkı Ümumi yığıncağının gündəliyinə bir məsələ daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fevralın 19-da ümumi yığıncağı keçiriləcək.
AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva "Report"a açıqlamasında bildirib ki, gündəliyə bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.
İclasın dəqiq hansı saatda olacağı hələ bilinmir.
"Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək", - deyə Balayeva əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























