Manaf Ağayevi Füzuliyə buraxan polislərlə bağlı araşdırma başladı

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı polis postunda yoxlamalara başlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
"Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz keçdiyi üçün 15 sutka həbs cəzası aldı. Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”, - deyə o bildirib.
Ağayev həbsindən əvvəl azxeber-ə açıqlamasında ayda bir-iki dəfə Füzuliyə getdiyini bildirib.
Ağayev dünən bahalı avtomobillə Füzuli aeroportuna getməsinin videosunu sosial şəbəkədə paylaşıb. Daha sonra müğənni müzakirələrə səbəb olan videonu instaqramından silib. Videoda M.Ağayevin avtomobilinin yanında 10-AA-307 seriyalı daha bir maşın olub. Həmin şəxsin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























