Bayden milli təhlükəsizlik komandası ilə iclas keçirir -Yenilənib

Baydenin milli təhlükəsizlik komandası ilə keçirdiyi iclas başa çatıb.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi Mark Millinin də daxil olduğu milli təhlükəsizlik qrupu ilə görüşüb.
Açıqlamada Baydenin mütəmadi olaraq Ukrayna-Rusiya gərginliyini milli təhlükəsizlik komandası ilə müzakirə etdiyi, son hadisələrlə bağlı məlumat aldığı və bugünkü görüşün də bu çərçivədə keçirildiyi bildirilib.
Bayden həftə sonu milli təhlükəsizlik komandası ilə görüş keçirib və burada Ukraynadakı son vəziyyəti müzakirə edib
-----
ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı milli təhlükəsizlik komandası ilə iclas keçirir.
Bu barədə "Röyters” məlumat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























