Rusiya “DRX” və “LXR”ə sülhməramlılar göndərir

Rusiya silahlı qüvvələri qondarma "Luqansk” və "Donetsk Xalq Respublikaları”nın ərazilərində "sülhü qoruyacaq”.
www.anews.az
Bu barədə Rusiya prezidenti Vladimir Putinin Donbass respublikalarının tanınması haqqında fərmanlarının mətnində deyilir.
"Donetsk Xalq Respublikasının başçısının Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanana qədər Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyalarını yerinə yetirməsi təmin edilsin”, - sənəddə qeyd edilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin "LXR”in müstəqilliyinin tanınması haqqında fərmandakı əmri də oxşar şəkildə tərtib edilib.(Tass)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























