• $
  • €
  • ₽
  • ₺
  • £

Bəyannamə Transxəzər boru kəmərinin çəkilişinə mane olacaqmı?

Bəyannamə Transxəzər boru kəmərinin çəkilişinə mane olacaqmı?
23.02.2022 23:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.  Bəs Bəyannamənin Azərbaycan üçün hansı mənfi və müsbət təsirləri ola bilər?
 
Sözügedən bəyannamə ilə bağlı siyasi şərhçi Rauf Mirqədirov anews.az-a açıqlamasında bildirib ki, son 10-15 il ərzində Azərbaycan Rusiyadan üz çevirən ölkə olaraq tanınır. Azərbaycan həmin gün o bəyannaməni imzalamamalı idi.
 

 
"Həmin gün Ukrayna münasibətləri gündəmdə idi. Çox mürəkkəb situasiyalar baş verdi, yəni bu münasibət postsovet məkanı ilə birbaşa bağlıdır. Söhbət ondan gedir ki, postsovet məkanında olan bir dövlətə qarşı təcavüz baş verir. Bir həftə bundan qabaq həmin dövləti Azərbaycanın stateji tərəfdaşı elan edib. Bu umumiyyətlə yeni müstəqil dövlətlərin varlığını şübhə altına alır. Digər tərəfdən  qlobal münaqişə prizmasındanda baxanda prinsip etibarı ilə sazişin həmin gün bağlanması demək olar simvolik xarakter daşıyır. Bu bizim üçün  Azərbaycan-Rusiya münasibətlərində ağa nökə rmünasibətlərinə bənzəyir.  Diplomatik praktikada yazılmayan qaydalar var ki, mürəkkəb situasiyalarda müəyyən bəhanələr altında bu tip görüşlərin keçirilməsi təxirə salınır. Yəni bəyannamənin həmin gün imzalanması Rusiya üçün vacib idi. 
 
Rusiya özünü Sovet ittifaqının hüquqi varisi elan edib. Bu isə o deməkdir ki, Rusiya Sovet ittifaqı dövründə törədilən  nə varsa bütün məsuliyyətini öz üzərinə götürməlidir. Bizim 20 Yanvar faciəsini törətmiş bir dövlətin rəhbəri Azərbaycandan üzr istəməmiş, həmin cinayəti etiraf etməmiş, hər hansı bir mütəffiq  sazişini imzalamağa mənəvi haqqımız yox idi. Nəzərə alsaq ki, bu sənəd bəyannamədir, birbaşa  öhdəliklər götürülməsi deyil. Oradaki razılaşmaların gerçəkləşməsi üçün ayrıca sazişlər olmalıdır. Sözügedən bəyannamə Azərbaycanın qərb ölkələri ilə münasibətlərinə müəyyən təsir göstərəcək.  Azərbaycan Qərbin gözündə "təcavüzkarı özünə müttəfiq elan edən dövlət"  kimi yadda qalacaq",- deyə Mirqədirov əlavə edib.
 
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirib ki, ilk baxışdan Şuşa bəyannaməsi ilə fərq ondan ibarətdir ki, orada məsləhətləşmələrdən başqa daimi təhlükələrin monitorinqi və onların müəyyən edən qurumların  əməkdaşlığı nəzərdə tutulub. Şuşa və Moskva bəyannamələrinin prinsipal fərqlidir.
 

 
"Həm Şuşa , həm də Moskva bəyannaməsinin  xüsusiyyətləri ondan ibarətdir ki, ölkələr arasında diplomatik münasibətlər dövründə qəbul olunmuş sənədlər qarşılıqlı öhdəliklər qəbul olunsun. Yada salmaq lazımdır ki, Rusiya ilə Azərbaycan arasında əvvəllər qəbul olunmuş, dostluq və əməkdaşlıq sazişində də bu bəndlər öz əksini tapıb. Bu dördüncü bənddə də xüsusi ilə göstərilir ki, tərəflər hərbi təhlükə yaranarsa dərhal məsləhətləşmə olmalıdır ki, təhlükə aradan götürülsün. 
 
Bəs Rusiya və Ukrayna münasibətlərinin gərginləşdiyi dönəmdə imzalanan müqavilə, Azərbaycan Ukrayna münasibətlərinə  nə kimi təsir edəcək sualına cavabında isə sabiq xarici işlər naziri bildirdi ki,  bəyannamə üzərində iş bir neçə ay qabaq başlanıb. İmzalanma da  təsadüfən Ukrayna münasibətləri ilə üst üstə düşüb. "Məlumdur ki, Rusiya  hadisələr üst-üstə düşməsində maraqlıdır.  Rusiya göstərmək istəyir ki, postsovet məkanında bu və yə digər ölkələr ilə münasibətlər qurur.  Azərbaycan hazırda mövqeyini dəyişmir. Ukrayna Ermənistanın bizə işğalı zamanı hansı siyasətini sərgiləyibsə, bizd ə o siyasəti nümayiş etdiririk, Ukrayna və onun xalqı öz ərazi bütövlüyünü  özləri müdafiə etməlidilər. Biz gedib, onların yerinə müdafiə edən deyilik, necə ki, ordumuz  İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü müdafiə edib.  Bəzən insanlar arasında olan münasibətləri dövlətlər arasında olan münasibətlərə şamil edirlər. Bu düzgün deyil, dövlətlər arasında olan münasibətlər fərqli xarakter daşıyır'',- deyə politoloq əlavə etdi. 
 
Bəyənnamədə qeyd olunan 25 maddədə bildirilir ki,  Rusiya Federasiyası və Azərbaycan Respublikası digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.
 

Bəs sözügedən bənddə Azəbaycan TAP və başqa Avropa ölkələrinə ixrac olunan qazın nəqlinə maneçilik törədəcəkmi? Bu o deməkdirmi ki artıq Transxəzər boru kəmərinin çəkilişi aktuallığını itirir?
 

Azərbaycan Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şabanın fikrincə,  bəyannamədə Azərbaycan qazının ixrac edilməsi ilə bağlı limitləşmə və yaxud əngəlləşmə törədilə bilməz.
 

 
''Çünki Azərbaycan qazının xarici bazarlarda satılması Azərbaycanın milli maraqlarına xidmət edir və biz bununla dolanırıq.  Üçüncü tərəfin bizim ərazidən keçib,  qazı bazara çıxarması Rusiyanın marağına zidd ola bilər. Amma bu nə dərəcədə belədir,  sonraki detallı araşdırmalarda bilinəcək. Sırf Azərbaycanın istehsalı ilə bağlı limit şamil edilə bilməz.  Bəyannamənin 25-ci bəndində qeyd olunan hissə belə olsa daha doğru olardı, "Rusiya Federasiyası və Azərbaycan Respublikası bunların özlərinin maraqlarına birbaşa və dolayı yolla zərər vuran hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsinə çəkinəcəklər. Ancaq burada yazılanlardan belə başa düşülür ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası digər tərəfin marağına birbaşa  və ya dolayısı ilə  zərər vuran fəaliyyətin həyata keçirilməsinə yol verməyəcəklər.  25-ci maddə Azərbaycan  dilində düzgün  yazılmayıb'',- o deyə bildirib.
  
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol