Ukraynanın müdafiə naziri xalqı silahlanmağa səslədi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun xalqa müraciət edib.
"Silah tutmağa hazır olan hər kəs Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə qoşulsun!” deyə Reznikov bildirib.
Eyni zamanda o, əlavə edib ki, prosedur mümkün qədər sadələşdirilib və indi bunun üçün yalnız pasport lazımdır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























