Zakir Həsənov İrana başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-leytenant Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeriyə və müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə başsağlığı verib.
Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Zakir Həsənov M.Baqeriyə və M.G.Aştianiyə ünvanladığı ayrı-ayrı məktublarda təlim təyyarəsinin qəzaya uğraması və pilotların şəhadəti münasibətilə başsağlığı verib, dövləti və xalqı ilə həmdərd olduğunu bildirib.
Fevralın 21-də Təbriz şəhərində İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib