“Canlılara və ölülərə bölünən” Ukrayna

Çarls Tilli 2008-ci ildə vəfat etməsəydi, rus -gürcü, ərəb dünyası, İraq, İran, Suriya, Afrika, Aralıq dənizi və günümüzün Rusiya – Avropa (Ukrayna) müharibəsinin şahidi olmaqla qalmayacaq, bu, qoca Kolumbiya Univeristetinin arxivlərindən dünyaya boylanaraq yazdığı "XX əsr insanlıq taixinin ən qanlı dövrürdür və daha az müharibə səbəbləri mümkün deyilsə, müharibələr dövlətin sosial davranışı kimi daimidir” fikrini bir xeyli redaktə etməklə qalmaz, siyasət sosioloqu kimi daha praktik düşünən Hantinqtonun, Bzejinskinin ardınca gedər, Rusiyanın Ana Qitədə sülh düzənini pozması kontekstində mütləq insanlığın taleyi üçün daha fərqli meyarlar təklif edə bilərdi.

Napoleondan sonra Avropada "Müqəddəs İttifaq” təsis edərək, siyasi Qitənin jandarmına çevrilən Rusiya istədiyi ölkəni cəzalandırır, hətta dənizlər və boğazlar kralının nüfuz ərazisini təhdid etməyə başlayırdı.
Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə ədavətlə bağlı idi. I Pyotr isti sulara, II Yekaterina Yunan lahiyəsinə nail olmağa çalışır, I Aleksandr isə Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü.
Nəhayət, 1850-ci ilə qədər Rusiya qərara aldı ki, artıq qüdrətli təsirini cənub istiqamətinə də yaysın. Bu addımdan ilk narahat olan mərkəz ingilis kral ailəsi idi, Fransız karlı III Napoleon da bölgənin türklərə məxsus olduğunu müdafiə edirdi ki, hər iki güc Osmanlı dövlətini artan Çar təsiri qarşısında yeganə sipər hesab edirdilər.
Ruslar müharibədən qaçmaq üçün ilk növbədə çox cəhd etsələr də, Paris və London qərarlı idi.
Britaniya donanması Baltik dənizinin və Qara dənizin çıxışında Rusiyanı blokadaya aldı. Fransız və Britaniya orduları Rusiyanın özünə müdaxilə etmək üçün Krım yarımadasında sahilə çıxdılar və bütün mühüm döyüşlər bu ərazidə getdi.
1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alınan sülh konqresi bir neçə sənədin imzalanması ilə başa çatmışdı. Sülhün şərtlərinə görə, Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiyanın sahil istehkamları sökülür, Rusiya və Türkiyəyə Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Xüsusi konvensiyaya görə, Rusiya və Türkiyəyə qaçaqmalçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Almanəsilli rus diplomatı Aleksandr Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə” adlandırmışdı.
Məşhur koçeqarın "Ocağı” – Ukrayna

Nikolay Ostrovski "Polad necə bərkidi” romanı ilə bizim və Qırmızı İmperiyanın orta və son dönəm nəsli üçün əsl tərbiyəvi funksiya daşımaqda idi.
Kitabın biR yerində "İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyfislənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan… Yaşamağa tələsmək lazımdır”- deyən, Ostrovski 90 il sonra vətəninin uğrunda savaşdığı güclü Rusiyanın varisinin əllərində çırpındığını güman ki, "komsomol gözü” ilə görməyəcək, anlamayacaqdı, amma həyat insana seçim üçün alternativlər təklif edərsə, insan övladının sülhü deyil, müharibəni daha çox sevdiyini dağıdıcı təbiətindən irəli gəlməsini bilməliydi.
Pavel Korçagin (Ostrovskinin özü) ən ağır, qara işdə – ocaqçı köməkçisi işində çalışan bir uşaq gözünü açandan, ancaq əzab, aşağılanma və istismar görür.
Ostrovskinin 15 yaşı olanda 1919-cu il idi. Ölkədə vətəndaş müharibəsi gedirdi. Ostrovski prosesə qoşulur, Pavel qızıl ordu sıralarında vuruşur. O "ÇK” sıralarında fəaliyyət göstərir, komsomola daxil olur, aktivistə çevrilir, partiyaya üzv seçilir, bolşevizmi təbliğ edir, əksinqilabçılarla mübarizə aparır, döyüşlərdə yaralanır, bir gözünü itirir, bir neçə dəfə xəstələnir, ancaq ideyaya tükənməz inam, mübarizə eşqi onu xəstəliyə baxmayaraq, davam etməyə sövq edir.
24 yaşında yataq xəstəsinə çevrilən Ostrovskinin gözləri tutulur. Mənə elə gəlir ki, Ukrayna məhz Ostrovskinin özü, xalq isə onun səmimiyyəti ilə aldadılmış oxucularıdır. Çünki Ostrovskinin "Məni gecə-gündüz tərk etməyən şiddətli ağrılara tab gətirirəm. Ağrı haqda düşünməyi özümə rəva bilsəm, dəli ola bilərəm. Mən bütün fiziki fərəhlərdən məhrum olmuşam. Qida qəbulu mənim üçün işgəncədir. Hiss edirəm ki, sönürəm, nə qədər ki, qəlbimdə böyük atəş var, nə qədər ki, beynim ayıqdı, hər dəqiqəni yaşamağa tələsirəm. Mən həyatımdakı bütün faciələrə – korluğa, hərəkətsizliyə, dözülməz ağrılara qalib gəldim. Mən sıraya qayıtdım. Həyat dözülməz olduğu zamanlar belə, yaşamağı bacar”. – sözləri bugünkü Ukrayna xalqının yüz il əvvəl yaşamış Korçaginin təcəlli edən ruhu və bəxti imiş.
birinci – əldə silah inqilabi mübarizə dövrü,
ikinci – sağlamlığını əlindən alan təbiət ilə mübarizə dövrü,
üçüncü – milyonlarla oxucu qəlbi uğrunda mübarizə dövrü.
Bakıdan – Hindistana: Nasist Almaniyasının Hitleri ilə Rusiyanın Putini=Qərbin dəyişməyən müttəfiqliq və müharibə resepti

Maykop, Qroznı və Bakı Hitlerin cənuba – İran üzərindən Suveyş kanalına çıxmaq istəyi üçün triada yaradırdı. Reyx istəyirdi ki, bununla da Britaniyanın qan damarını doğrasın və SSRİ-ni meydanda tək qoysun, ABŞ isə tələsmir və çox uzaqdan proseslərə baxmaqda idi. 1942-ci ilin 12 avqustunda Moskvaya gələn Çorçillin çantasında yalnız bir məsələ vardı: Bakı dözə biləcəkmi və Londondan yaxşı tanıdığı "Lüftvaffe”nin hücumları Qafqaz dağlarını dələ biləcəkmi?
Hətta Britan rəhbər ABŞ və ingilis qırıcılarını tamamilə sovet komandanlığının tabeliyinə verməyi təklif edirdi.
SSRİ-nin gücünə inanmayan qərb "Velvet” planını hazırladı – 20 aviasiya eskadrilyası və 10-cu ingilis ordusu Bakının müdafiəsinə qoşulmaq üçün İranda gözləməyə başladılar.
Bu gün Ukraynadan başlayan savaşın ilk günü üçün savaş ssenarilərinin əksər rəylərdə, proqnozlarda uğursuzluğu artıq iki şeyi göstərdi:
2. İmperiyalar daha da inkişaf edib, Rusiya isə son feodalizm dövründə yaşamaqdadır.
Çünki II Dünya Müharibəsinin nəticəsi kimi dünyada və xüsusən Avropada təsis edilmiş sülhü Rusiya pozmalı olmaqla (pozdu deyil) materikal məsuliyyət də daşımağa məhkum edildi.
90-lar-da bağlanmış "NATO-nun Rusiya sərhədlərinə tərəf genişlənməmək”lə bağlı öhdəliklərinin pzoulması Moskvanı haqlı kimi göstərir. Doğrudan da NATO rəhbərliyinin dediyi kimi "Genişlənmə Rusiyaya qarşı deyil” fikri ifadə edilirsə, nə üçün o zaman qadağan edilmiş raketlər müqaviləsinə görə sözügedən ballastik hərbi məmulatlar Rusiya sərhədinə daşınır, ABŞ-ın sərhədindən uzaqlarda haqq aradığı, maraqlarını güddüyü coğrafiyada qonşusu olan Ukraynada Rusiyanın maraqları uğrunda savaşması da təbii deyildimi?
Canlılara və ölülərə bölünən Ukrayna

Stalinrad döyüşlərinin memuarlarını yazanların bir çoxu Stalinin adına olan şəhərin şərəfi haqda verdiyi əmrin mahiyyətini çətin də olsa, aça bilirlər.
Stalinqradın əhalisini köçürməklə bağlı təklifə "biz bu addımı atsaq, düşmən fikirləşəcək ki, şəhəri tərk edirik. Ona görə də əhalini iki qismə bölün: canlılara və ölülərə, bununla belə, ölülər nəticədə canlılardan dəfələrlə çox idi”.
Xarkov – Ukrayna kimliyinin yeni təsdiqi, doğuluşu və ucalmağıdır, Rusiyanın "slavyan xalqları” ideyasının tənəzzülü və itkisidir. Çünki müharibələrin körpə siması varsa, güllələr fidanların bətnində yer tapırsa, insanlıq məhv edilirsə, burda heç bir ideologiya, tarixi bağ və qohumluq rol ala bilməz.
18 yanvar 1654-cü ilin qış günü Ukrayna və Rusiya arasında Pereyaslav müqaviləsi bağlandı. İki Şərqi Slavyan xalqının birgə yaşayışı və bir dövlətdə tarixi nikahı üçün xeyir-dua elə tarixin uzaq "Kiyev Rus dövləti” reseptindən - Kirillin əlifbası ilə tarixin daş yaddaşına köçmüş, müasir imperial Rusiyanın böyüklüyünün əsasını qoymuş, elə bəlkə də o müqavilə Rusiya üçün böyük bədbəxtliklərin də səbəbi olmuşdu.
1954-cü il yanvarın 25-də Sovet İttifaqı Kommunist Partiyasının MK-nin Rəyasət heyətinin iclası keçirilib. Həmin ilin 28 aprelində SSRİ "Krımın RSFSR-nın tərkibindən çıxarılıb Ukraynaya verilməsi haqqında” qanun qəbul edir. Bütün bu proseslər üçün isə cəmi 3 ay lazım idi.
Hazırda Ukrayna – Rusiya müharibəsi çoxdan iki dövlətin münasibətlərindən kənara çıxıb, aktorlar dəyişib, oyunçular başqalaşıb, Avropa saraylarında Rusiyanın intiharına fərmanlar verilir, könüllülər üzü Kiyevə - savaşa qatılmaq üçün axışır, bu günə qədər müharibələrdə istifadə edilməyən silahlar "orujerka”lardan çıxarılır, müxtəlif dəstələr Ukrayna savaşında Rusiyanın qarşısında dikilir. (Yazımızın yuxarı hissəsində verilən müxtəlif tarixi ricətlər bu gün dünyada baş verənlərin ilkin səbəbləri arasında yer alır, sadəcə ümumi mətnlə əlaqəsi oxucunun mühakiməsinə verilir).
Amma görünən odur ki, Albert Eynşteynin dediyi kimi: "Üçünücü dünya savaşında hansı silahın işlədiləcəyini bilmirəm, amma dördüncüsü dəyənək və daşla gedəcək…”
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























