Ukrayna döyüşlərlə bağlı son vəziyyəti AÇIQLADI/VİDEO

Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, Rusiya Kiyevə hücumu davam etdirir, - bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"İşğalçıların qarşısı Ukraynanın bir neçə şəhərində qarşısı alınıb. Bura Kozelets, Bobrovitsa və Makiyev əraziləri daxildir. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanlarını itirdi.
Düşmən Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində işğalçıların qarşısı alınıb. Donetsk istiqamətində uğur qazana bilməyən təcavüzkar Mariupol şəhərini mühasirəyə almağa başlayıb. Düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını davam etdirir. Düşmən, həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Uğur qazana bilməyən düşmən mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir. Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var. Birlikdə qalib gələcəyik!”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























