“Honda” və “Mazda” şirkətləri Rusiyaya ixracı dayandırır

Yaponiyanın "Honda” və "Mazda” avtomobil konsernləri Rusiyaya ixracı dayandırır.
www.anews.az
Bu barədə Yaponiyanın "Nikkei” qəzeti məlumat yayıb.
"Honda” Rusiyaya avtomobil, motosikl və mühərrik ixracını dayandırır. Konsernin Rusiyada öz zavodu olmadığından bu şirkətin bütün avtomobilləri ABŞ və Yaponiyadan idxal edilir. "Mazda” şirkəti isə Rusiyadakı zavod üçün hissələrin tədarükünü dayandırır.
İxracın dayandırılması rus rublunun məzənnəsinin düşməsi və tədarük zəncirinin qırılması ilə bağlıdır.
Yaponiyadan Rusiyaya ixracın 40%-i avtomobil ixracının payına düşür. Avtomobil hissələrinin ixracı ilə bu göstərici 50%-i ötür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























