• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusunun itkiləri: 30 ölü, 40 yaralı

Azərbaycan ordusunun itkiləri: 30 ölü, 40 yaralı
02.05.2014 10:07
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 30 nəfər təşkil edib. ANS PRESS-in məlumatına görə, “Doktrina” JHAM direktoru Cəsur Sümərinli 2014-cü il, yanvar-may ərzində baş verən itkiləri açıqlayıb. O, bildirib ki, ötən müddətdə 40 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 6-ı döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 21-i isə qeyri-döyüş itkiləridir. 4 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 3 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3- nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 26-sı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.Yaralılara və xəsarət alanlara gəlincə (40 nəfər) C.Sümərinli bildirdi ki, onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 4-ü intihara cəhddən, 5-i erməni gülləsindən, 8- nəfər mina partlayışından, 8-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 37 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.Ötən dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər ikisi qaytarılıb). Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxsə saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər. Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan ötən ilin avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol