• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ və Avropa Komissiyası BMT Baş Assambleyasının qətnaməsinə münasibət bildirib

Aİ və Avropa Komissiyası BMT Baş Assambleyasının qətnaməsinə münasibət bildirib
02.03.2022 23:39
Baş Assambleya Prezident Putinin Ukraynaya işğalını böyük səslə rədd edib və sülhə çağırıb. Dünya beynəlxalq sülh və təhlükəsizliyin əsaslandığı qanunların və prinsiplərin müdafiəsində birləşir. Biz Ukraynanın yanındayıq, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel tviterdəki hesabında yazıb.


Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə tviter hesabında bildirib ki, dünya ictimaiyyəti Rusiyanın Ukraynaya hücumuna qarşı həmrəydir.


"BMT Baş Assambleyasının Rusiyadan öz ordusunu Ukraynadan çıxarmağı tələb edən qətnaməsinin qəbulunu çox alqışlayıram.


Dünya ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz təcavüzünə qarşı həmrəydir”, - Avropa Komissiyasının rəhbəri qeyd edib.


BMT Baş Assambleyası "Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.


BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.


Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.(кузщке)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol