Azərbaycan ordusunun əsgəri qəzada ölüb - RƏSMİ - YENİLƏNDİ

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.
Tovuzun Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımov vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da sonradan ailəsinin qərarı dəyişib.
Onun yaxınları Bakıda yaşadıqları üçün vida və dəfn mərasimi də burada keçirilməsinə qərar verilib.
Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən Kazımovun xidməti başa vurmağa 3 ayı qalmışdı. O evin tək oğlu olub, bir bacısı var.
Hadisə ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qanunvericiliyə əsasən, Kazımov şəhid statusu alıb və İkinci Fəxri xiyabanda dəfn olunacaq.
****
Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Kazımov Vüqar oğlu ölüb, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























