• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın uğurları ABŞ-da müzakirə olundu - FOTOLAR

Azərbaycanın uğurları ABŞ-da müzakirə olundu - FOTOLAR
01.05.2014 19:37

Aprelin 30-da Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu işini davam etdirmişdir. 

“American Enterprise Institute”nin elmi əməkdaşı Maykl Rubinin moderatorluğu ilə keçirilən “Ölkənin insan kapitalının inkişafı” mövzusunda panel iclasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, İndiana ştatından keçmiş konqresmen Den Berton, Corctaun Universitetinin professoru Brenda Şaffer, Tafts Universiteti nəzdində Fletçer məktəbinin diplomatiya professoru Endrü Hess və ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev çıxış etmişlər.

Səfir Elin Süleymanov Azərbaycanda insan kapitalından danışaraq demişdir ki, “hansı resursların olması əsas deyil, bu resurslardan necə istifadə olunması əhəmiyyətlidir”. Səfir ölkənin insan resurslarının inkişafında Azərbaycan rəhbərliyinin rolunu vurğulamışdır. Sonra Süsən Sadıqova çıxış edərək, auditoriyaya Azərbaycan Diplomatik Akademiyası, ARDNŞ-in Bakı Ali Neft Məktəbi kimi insan kapitalının inkişafı layihələrindən söz açmışdır. O bildirmişdir ki, bu təhsil ocaqlarının məzunları Azərbaycanın gələcəyini quracaq və regional layihələr çərçivəsində boru kəmərləri çəkəcəklər. O, idman komplekslərinin inşası, klubların yaradılması, idmançıların təlim və məşqlərinə sərmayə yatırılması kimi gənclər layihələrindən də söz açmışdır. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalardan danışaraq Azərbaycan rəhbərliyinin ölkənin insan kapitalının inkişafına ayırdığı diqqətin nəticələrini nümayiş etdirən statistik məlumatları təqdim etmişdir. Azərbaycanın sosial və iqtisadi inkişafından söz açan keçmiş konqresmen Den Berton Prezident İlham Əliyevi və qanunverici hakimiyyəti sosial inkişaf sahəsindəki nailiyyətlər münasibəti ilə təbrik etmişdir. 

Sonra Corctaun Universitetinin professoru Brenda Şaffer və Taft Universitetinin professoru Endrü Hess çıxış etmişlər. B.Şaffer “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası və Azərbaycanda dini azadlığın sosial atributları, E.Hess Azərbaycana xas olan çoxkonvessiyalılıq və multikultralizm barədə auditoriyaya məlumat vermişlər. 

ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev Azərbaycanda insan kapitalına sərmayə yatırılmasının əhəmiyyətindən söz açmışdır. Maykl Rubin isə sosial cəmiyyətin inkişafında Azərbaycanın uğurlarını qeyd etmişdir. 

Yaxın Şərq İnstitutunun böyük analitiki Aleks Vatankanın moderaturluğu ilə keçirilən “Dialoqun möhkəmləndirilməsi və toleraantlığa yardım” mövzusunda yekun panel iclasında Qafqaz Müsəlmanları İdarəsinin başçısı şeyxülislam hacı Allahşükür Paşazadə, Sovet Yəhudiləri Milli Konfransının icraçı direktoru Mark Levin, “Tool Shed Group”un direktoru Ceyson Kats, Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel, Milli Məclisin deputatı Asim Mollazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete çıxış etmişlər. 

Panel iclasının iştirakçıları müzakirələr zamanı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin dinc yanaşı yaşamasından danışmışlar.

Sonra qəbul olmuşdur. Qəbulda Azərbaycanın caz pianoçusu Emil Əfrasiyab ilə çıxış etmişdir. Oklahoma Milli Qvardiyasından general Mayls Dierinq, Kaliforniyadan konqresmen Xaviyer Beserra, Texas ştatından Filemon Vela nitq söyləmişlər. M.Dierinq ABŞ-ın Azərbaycan kimi dostu olmasından qürur hissi duyduğunu bəyan etmiş, X.Beserra inkişaf etməkdə olan ABŞ-Azərbaycan əlaqələrindən danışmışdır. 

Gecənin sonunda ABŞ Konqresindəki azlığın lideri və Nümayəndələr Palatasının sədri Nensi Polesi qəbula gələrək, uğurlu əməkdaşlıq münasibəti ilə ABŞ və Azərbaycanı təbrik etmiş, ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi arzusunda olduğunu bildirmişdir.

Xatırladaq ki, Vaşinqtonun mərkəzində, məşhur “Willard Intercontinental Hotel”də keçirilən III “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu ARDNŞ-in dəstəyi ilə Azərbaycanın Dostları Assambleyası tərəfindən təşkil edilmişdir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol