Bu gecə Zelenski Ukrayna xalqına nə dedi? - ƏSAS TEZİSLƏR

ukrayna przidenti Vladimir Zelenski xalqa bu gecə müraciət edib. Həmin müraciətdən əsas tezisləri diqqətinizə çatdırırıq.
- Biz 9 gün zülmətə, 9 gün zülmə dözdük. Qarşılaşdığımız zülmət və zülm gözlədiyimizdən üç dəfə çoxdur. Strateji olaraq hər şey aydındır. Ujqoroddan Xarkova , Kiyevdən Xersona kimi ukraynalılar birlik ifadə etdi. Ukraynalılar düşməni Kiyev yaxınlığından qovur, Axtırkaya, Hostomelə görə cəzalandırır, Xersona görə qisas alır. Ukraynanın o Xersonuna görə ki, onu bu gün aşağılamağa cəhd etmişdilər. Amma alınmadı. ( Putin hakimiyyəti Xersin şəhərini alandan sonra orada Rusiyaya dəstək aksiyası keçirməyə cəhd etmişdi , red).
- İşğalçılar düşünürdü ki, ukraynalıları televiziyasız qoya biləcək, tabitəni kəsəcək, ərzaqsız qoyacaq, əlektrik enerjisinin verilməsini dayandıracaqlar. Onlar düşünürdülər ki, ukraynalıları özlərinə tabe edəcəklər. Amma siz bizi oksigensiz qoysaz belə biz tam gücümüzlə nəfəs alıb deyəcəyik - Rədd olun bizim torpağımızdan!".
- Bu gün NATO üzvü olan ölkələrin sammiti keçirilib Zəif bir sammit. Başını itirmişlərin sammiti. Sammitdə gördük ki, heç də hamı Avropanın azadlığı uğrunda savaşı bir nömrəli məqsəd hesab etmir. NATO üzvü olan ölkələrin kəşfiyyat idarələri düşmənin planlarından xəbərdardır. Onlar Rusiyanın hücumu davam etdirmək istəyində olduğunu təsdiqləyirlər.
- NATO bunu başa düşərək Ukrayna hava məkanını bağlamaq haqqında qərar qəbul etmədi. Biz hesab edirik ki, NATO ölkələri öözləri belə bir rəvayət uydurublar ki, guya Ukrayna hava məkanının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq. Bu, zəif, özlərinə arxayın olmayanların özünü hipnozudur... Bu gündən sonra öləcək bütün insanların qanında sizin də əliniz olacaq. Sizin zəifliyiniz, fikir ayrılıqlarınıza görə onlar məhv olacaqlar”.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























