Goranboy istiqamətində mövqelər atəşə tutulub - RƏSMİ

Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri
Goranboyun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























