Ukrayna Rusiyanın itkilərini açıqladı

Müharibə başlayandan bəri Rusiya Ordusunun insan itkisi 10 mindən çoxdur.
www.anews.az
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı yeni məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, işğalçı ordunun itkiləri arasında 269 tank, 945 zirehli döyüş maşını, 105 artilleriya sistemi, 50 MLRS, 19 hava hücumundan müdafiə sistemi, 39 təyyarə, 40 helikopter də var.
409 avtomobil, 2 yüngül sürət kateri, yanacaq-sürtkü materialları olan 60 çən, 3 əməliyyat-taktiki PUA da məhv edilib.
Baş Qərargah bildirib ki, işğalçıların birlik və bölmələri ruhdan düşüb, onun ordusunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər."Aktiv döyüş əməliyyatları təkcə silahlı birləşmələrimiz tərəfindən aparılmır, sadə silahsız insanlar tərəfindən də düşmənə ziyan vurulur ki, bu da işğalçıya psixoloji məğlubiyyət verir",-deyə rəsmi açıqlanada vurğulanır.
Ukraynanın müdafiə naziri Aleksiy Reznikov isə bildirib ki, düşmən qoşunlarının hərbi resursları tükənir, bunun ardınca onun loqistik çöküşü olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























