Azərbaycan və Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır

Türkiyə və Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh və qarşılıqlı dialoq yolu ilə beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır, bunu Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu bu gün Bakıda azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, Ceyhun Bayramovla görüşdə Ukraynadakı vəziyyət də müzakirə etdiklərini söyləyib.
"Təbii ki, Ukrayna ətrafında vəziyyət də müzakirə edildi. Bu məsələ narahatlıq doğurur. Həm Azərbaycan, həm də Türkiyə məsələnin sülh və danışıq yolu ilə həll olunmasını istəyir", deyə nazir bildirib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























