Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı açıqlanıb

Təxminən 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu dövlətlərə təxliyə edilib.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, vizasız vətəndaşların sərhədi keçməsinə icazə veriləcək. Polşadan təyyarə reysləri yaradılıb qadın, uşaq, qoca və tələbələr istifadə edəcək. Eyni zamanda quru ilə avtobuslarla da vətəndaşlarımızın çıxarılması təşkil olunub- deyə bildirib.
Mövlud Cavuşoğlu isə öz növbəsində bildirib ki, hazırda Sumidə təxliyyə olunması mümkün olmayan Türkiyə vətəndaşları var. "Biz humanitar dəhlizinin yaradılmasının tərəfdarıyıq. Belə olan halda 4 avtobus vətəndaşımızı təxliyyə edə bilərik", - nazir deyib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























