• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq

Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq
08.03.2022 17:25
"Diplomatiyanın yenidən qurulması” mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu iştirakçıları qəbul etməyə hazırdır. Artıq rəsmi şəxslər və jurnalistlər də daxil olmaqla, xarici qonaqların və yerli təmsilçilərin qeydiyyatı başa çatıb.


Anews.az xəbər verir ki, Azərbaycanın bu forumda rəsmi heyətlə təmsil olunması nəzərdə tutulub.


Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq Forumda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib.


Bundan başqa, tədbirdə NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilatın təmsilçiləri də olmaqla ümumilikdə 10 min nümayəndənin iştirak etməsi gözlənilir. Tədbirdə yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunacaq.


Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi Forum çərçivəsində nəzərdə tutulan "Sülh və rifaha uzanan qlobal və regional yollar”, "Enerji təhlükəsizliyindəki mürəkkəblik”, "Müdafiə sənayesinin gələcəyi”, "Cənubi Qafqaz üçün körpü”, "Terrorizmlə mübarizə: çatışmayan nədir” və digər mövzular Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir.


Mövzulardan da göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin faydalılığının beynəlxalq ictimaiyyətə, eləcə də rəsmi dairələrə çatdırılması, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır.


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da bir araya gələcəyi bu tədbirə marağı daha da artırıb.


Xatırladaq ki, ötən il "Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar" mövzusunda keçirilmiş Antalya Diplomatik Forumunda 11 dövlət və hökumət başçısı, 45 nazir iştirak etmişdi. Həmin forumdakı iclaslardan biri "Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunmuşdu. Azərbaycan təmsilçiləri Forum çərçivəsində keçirilən panel iclaslarında, eləcə də ikitərəfli görüşlərdə ölkəmizin xarici siyasətinin istiqamətləri, həmçinin diplomatik missiyamızdakı mühüm tərəflərinə dair müzakirələr aparmışdılar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol