Rus sülhməramlıları Qarabağdan çıxırmı? - VİDEO

Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına məxsus maşın karvanının Laçın dəhlizindən Azərbaycan-Ermənistan sərhəddinə doğru irəlilədiyini əks etdirən videolar yayılıb. Bu barədə caliber teleqram kanalı məlumat verib.
Bu sülhməramlıların Dağlıq Qarabağı hansı məqsədlə tərk etməsi ilə bağlı Azərbaycan və Rusiya Müdafiə Nazirliyindən rəsmi məlumat verilməyib.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə görüntülərdəki rus sülhməramlılarının Laçın dəhlizindən getməsi sadəcə yerdəyişmə ilə də bağlı ola bilər.
"Ola bilər ki, yenilər gəlir deyə köhnə hərbçilər qayıdır. Digər tərəfdən bu Rusiya-Ukrayna müharibəsi ilə də bağlı ola bilər. Rusiyanın xeyli itkisi var. Amma düşnmürəm ki, Rusiyanın bu vəziyyətdə Qarabağda olan hərbçilərə ehtiyacı olsun. Əgər video təsdiqini taparsa bu Azərbaycan üçün çox gözəl xəbər olar. Rus hərbçilərininmümkün qədər tez Azərbaycanı tərk etməsi bizə sərfəlidir", - Şahinoğlu qeyd edib.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata görə, Rusiya 5 il müddətində sülhməramlı kontingentini Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində və Laçın dəhlizində yerləşdirib. Müqaviləyə görə, 1960 nəfərdən ibarət xidmət personalı Laçın dəhlizində yerləşdirilib.
//
]
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























