Ceyhun Bayramov Lavrovla GÖRÜŞDÜ -YENİLƏNİB

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.
"Report" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.
Tərəflər Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib
‐------
Türkiyənin Antalya şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.
Görüş Antalyada martın 11-dən 13-dək keçiriləcək Diplomatiya Forumu çərçivəsində baş tutub. Danışıqların detalları hələlik məlum deyil
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























