• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-İran hökumətlərarası komissiya toplandı - YENİLƏNİB

Azərbaycan-İran hökumətlərarası komissiya toplandı - YENİLƏNİB
11.03.2022 22:41
Martın 11-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasiminin həmsədrliyi və hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.

Dövlət Komissiyasının iclasında iki ölkə arasında əlaqələrin dostluq, mehriban qonşuluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib.

Cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulandı. Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirildi.

İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırıldı.


2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 30% artdığı vurğulandı, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırıldı.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirildi, iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70% artdığı xüsusi vurğulandı.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq həm Azərbaycanın, həm də İranın bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərdiyi bildirildi.


Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edildi. Bu baxımdan iki ölkə arasında bu gün imzalanacaq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulandı.

Həmçinin İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işə başlamalarından məmnunluq ifadə olundu.


Neft-qaz sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, Türkmənistan qazının İran üzərindən Azərbaycana tranzitinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırıldı.

Elektroenergetika sahəsində əməkdaşlığın nəticələri təqdir edildi, iki ölkənin enerji sistemləri arasında elektrik enerjisi mübadiləsinin uğurla həyata keçirildiyi bildirildi. Azərbaycan, İran və Rusiya arasında enerji dəhlizinin yaradılması layihəsi üzrə müvafiq işlərin davam etdiyi qeyd olundu.

İclasda Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olundu.

Həmçinin, Astaraçay üzərində yeni avtomobil və piyada yolu körpüsünün, Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi, digər birgə layihələrin icra vəziyyəti, həmçinin gündəlikdə duran məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

Eyni zamanda, tərəflər arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.


Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının Protokolu imzalandı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol