Ceyhun Bayramov: “Avropa Parlamentinin son qətnaməsi əsassızdır”

Avropa Parlamentinin son qətnaməsi tamamilə əsassızdır, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.
www.anews.az
"Avropa Parlamentininin son qətnaməsinə lazımi cavab verilib. Azərbaycan Parlamentində bu məsələyə ciddi reaksiya verib. Əlbəttə, həmin qətnamə tamamilə əsassızdır. Çünki Azərbaycan 30 il ərzində işğala məruz qalıb. UNESKO-nun məruzələrinə baxsaq, hər şeyi aydın görərik. Biz UNESKO-nun Qarabağa xüsusi missiya göndərməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Əgər qətnamədə deyilənər doğru olsaydı, biz UNESKO-ya müraciət etməzdik. Bu gün diplomatlar, jurnalistlər gedib Qarabağı görə, dağıntılarla tanış ola bilərlər. Ermənistan işğal dövründə orada Azərbaycanın tarixi, mədəni abidlələri məhv edib”, - nazir vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























