Həbs olunan generalın oğlu mətbuat konfransı keçirir

Mayın 2-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbsi ilə əlaqədar mətbuat konfransı keçiriləcək.Bu barədə Publika.az-a Ş.Sultanovun vəkili Adəm Məmmədov məlumat verib.Mətbuat konfransında özünün və Şahin Sultanovun bir neçə yaxının iştirak edəcəyini bildirən A.Məmmədov deyib: “Mətbuat konfransında Şahin Sultanovun oğlu Əşrəf Sultanov da iştirak edəcək”.Qeyd edək ki, mətbuat konfransında Prezident İlham Əliyevə açıq müraciət edilməsi gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























