Bakıda göy qurşağı rəngində maska taxmaq qadağandır?

İctimai fəal Cavid Nəbiyev Bakının mərkəzində göy qurşağı rəngli maskada gəzdiyi üçün polis tərəfindən saxlanılıb və polis ondan maskasını dəyişməyi tələb edib. Bunu Cavid Nəbiyev Anews.az-a açıqlamasında bildirib.
"Mən feministlərin qadın hüquqları ilə bağlı təşkil etdiyi aksiyaya gedirdim. Rəngli maskada məni görən polis əməkdaşı digərlərinə işarə edərək qarşımı kəsdi və hərəkətimə mane oldu. Öz aralarında danışıb mənə bildirdilər ki, maskanı dəyişməliyəm əks halda aksiyanın keçirildiyi məkandan uzaqlaşdırılacağımı bildirdilər. Başqa izah verilmədi", - Cavid Nəbiyev dedi.
Səbəbini soruşduqda isə polis əməkdaşları Cavid Nəbiyevə üzünə taxdığı maskanın dizaynının məqsədəuyğun olmadığını deyib.
"Mən bildirdim ki, bu sadə, rəngli bir maskadır. Sonda polis əməkdaşı səbəbini sən yaxşı bilirsən amma daha detallı cavab almaq istəyirsənsə gedək 9-cu polis bölməsinə, səni orada başa salarlar deyə vurğuladı. Məni təhdid elədilər. Yanımızda duran mülki geyimli polis əməkdaşı isə mənə kobudcasına dedi ki, "sən bilirsən də o kimlərin simvoludur”. Mən isə bildirdim ki, həmin rəngli maska mənim üçün göy qurşağıdır”, - Cavid Nəbiyev əlavə edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirdi ki, aksiyada xüsusi çağırışlar olan plakatlarla yanaşı fərqləndirici müəyyən nişanlar, rəngləri özündə əks etdirən şüarlar yığışdırılıb, həmin o maska da o sıradan olduğu üçün polis əməkdaşları bu addımı atıblar.
"Aksiyada isə iştirakçıların qanunvericiliyə uyğun şüarlar səsləndirilməsinə heç bir məhdudiyyət tətbiq edilməyib. Yalnız qanunvericiliyə və milli-mənəvi dəyərlərə zidd olan hallar aradan qaldırıb və qeyri-etik ifadələr olan plakatlar yığışdırılıb.O rəngli maska bilirsiniz nə maskasıdır buna görə də biz onu yığışdırmışıq”.
Bəs görəsən Azərbaycan qanunvericiliyində göy qurşağı rəngdə maska taxmaya qadağa ilə bağlı hər hansı normatiiv mövcuddurmu? Bu sulala cavabında vəkil Zibeydə Sadıqova bildirdi ki, qanunda belə bir qadağa yoxdur.
Vəkil Zibeydə Sadıqova deyir ki,Cavid Nəbiyev polis əməkdaşlarının bu hərəkəti ilə bağlı Səbail Prokurorluğuna şikayət edib polisin məsuliyyətə cəlb edilməsini tələb edə bilər.
"Cavid Nəbiyev polisin bu hərəkətindən Səbail Prokurorluğuna şikayət edərək onu aksiyadan uzaqlaşdıran polislər barəsində müvafiq tədbirlərin görülməsini və onların məsuliyyətə cəlb olunmasını tələb etməlidir”, - vəkil bildirib.
Zibeydə Sadığovanın sözlərinə görə, Azərbaycanda göy qurşağının rənglərini özündə əks etdirən əşyaların satışı və istifadəsi qadağan deyil.
Eyni problem konstitusiyası dinlə bağlı olan başqa ölkələrdə də yaşanır.
Qətər Ticarət və Sənaye Nazirliyindən verilən açıqlamada ölkənin müxtəlif bölgələrindəki pərakəndə satış məntəqələrində yoxlamaların aparıldığı, müxtəlif pozuntuların, o cümlədən İslami dəyərlərə qarşı şüarlar olan oyuncaqların aşkar edildiyi və həmin ticarət mallarının müsadirə edildiyi bildirilib.
Amma Azərbaycan dünyəvi ölkədir və ana yasaya görə, din dövlətdən ayrıdır.
Səkinəxanım Məmmədova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























