İlham Əliyev sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməli və Nazirlər Kabinetinə məlumat verməlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























