Azərbaycan Rusiyadan qanunsuz erməni silahlı dəstələrini tərksilah etməyi tələb etdi

Azərbaycan Rusiya,Ermənistan və Azərbaycan dövlət başçılarının imzaladığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən indiyə qədər tam çıxarılmamasından narahatlığını ifadə edərək Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən, birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
"Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. ..Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib", - Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir”, - Müdafiə Nazirliyi bəyanatında qeyd olunub.
Martın 26-ı axşam Rusiya Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Rusiya sülhməramlı kontingentinin yerləşdiyi əraziyə daxil olub, "Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərruh yaşayış məntəqəsi ərazisində qondarma Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirməsi barədə məlumat yayıb.
"Martın 24-25-də Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub, Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub. "Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərruh yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























