Kreml Qarabağdakı vəziyyətə münasibət bildirdi

Kreml bütün tərəflərin Qarabağ üzrə əvvəllər əldə edilmiş razılaşmalara əməl etməsini zəruri hesab edir, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Regionda artan gərginlik fonunda əlavə sülhməramlı kontingentinin göndərilməsinin mümkünlüyü ilə bağlı sual Rusiya Müdafiə Nazirliyinə verilməlidir. Onlar Azərbaycan və Ermənistan tərəfləri ilə əlaqə saxlayırlar. İndi əsas odur ki, bütün tərəflər müvafiq razılaşmaların şərtlərinə əməl etməyə davam etsinlər", - Peskov Qarabağdakı vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Son bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi dislokasiya işləri barədə məlumatlar yayılır. Bildirilib ki, tarixi torpaqlarımızdan olan Fərrux kəndi artıq Azərbaycanın nəzarəti altındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























